“Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfərlə qaldıqdan sonra oyuna nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar".
Cia.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının birinci turunda "Rəvan"la qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.
O, qarşıdakı oyunlara hazırlaşacaqlarını vurğulayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.