ABŞ-ın “ComSonics” şirkəti polislərə uzaq məsafədən sükan arxasında SMS yazan sürücüləri müəyyən etməyə imkan verəcək qurğu yaradıb.
ANS PRESS-in İctnews-a istinadən məlumatına görə, qurğu xarici görünüşünə görə adi radardan seçilmir və onun iş prinsipi çətin deyil: cihaz SMS göndərilən zaman telefonu şüalandıran xüsusi tezlik radiodalğalarını müəyyən edərək ekrana daxil edir və bundan sonra polisə yalnız sürücünü saxlamaq və ya onun avtomobilinin nömrəsini yazmaq qalır.
Növbəti ildə satışa çıxarılması planlaşdırılan yeni radar SMS-i məhz kimin – sürücü və ya sərnişinin yazmasını da müəyyən edir. Bu, polisə qaydanı pozanları saxlamağa və onları cərimə etməyə imkan verəcək. Radardan istifadənin başlanmasını yubadan amillərdən biri sürücünün telefonundan trafikin izlənməsinin şəxsi həyata müdaxilə olub-olmaması ilə bağlı olan məsələdir. Xatırladaq ki, alimlər sübut ediblər ki, avtomobili idarə edərkən SMS bildirişin yazılması reaksiyanı xeyli zəiflədir, eləcə də yolunun trayektoriyasının dəyişdirilməsi və toqquşma ehtimalını iki dəfə artırır
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.