|
İsveçrə çempionatında beşinci turun oyunları keçirilib. Cia.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" da növbəti matçına çıxıb. Bern təmsilçisi öz meydanında "Luqano"nu sınağa çəkib. Ötən turda "Tun"a qalib gəlməklə çempionatda ilk qələbəsini qazanan "Yanq Boyz" bu görüşdən də 3 xalla ayrılmağa çalışıb. Lakin 6-cı dəqiqədə Rossininin qoluna mane ola bilməyən "Yanq Boyz" görüşdən məğlub ayrılıb - 0:1. Qeyd edək ki, bu, "Yanq Boyz"un çempionatda ilk məğlubiyyəti olub. Keçirdiyi 4 oyunun 3-də heç-heçə edib, birində qələbə qazanan komanda 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. İsveçrə çempionatı, 5-ci tur 22:45. "Yanq Boyz" - "Luqano" - 0:1 Cia.az
|


