UEFA 2014/2015 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin sayını 10-dan 3-ə endirib.
Finala Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real") və Luis Suares (Uruqvay, "Barselona") yüksəlib.
Avropanın ən yaxşı futbolçusunun adının avqustun 27-i - Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib. Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.
Finala yüksələ bilməyən yeddi futbolçu isə aşağıda adları qeyd edilənlər olub:
Canluici Buffon (İtaliya, "Yuventus") - 24 səs Neymar (Braziliya, "Barselona") - 23 səs Eden Hazard (Belçika, "Çelsi") - 21 səs Andrea Pirlo (İtaliya, "Yuventus"/"Nyu-York Siti") - 12 səs Arturo Vidal (Çili, "Yuventus"/"Bavariya") - 11 səs Karlos Teves (Argentina, "Yuventus"/"Boka Xuniors") - 8 səs Pol Poqba (Fransa, "Yuventus") - 5 səs
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.