banner
banner

Dünya

Viktor Yanukoviçin oğlu saxtakarlıqda günahlandırılır

Viktor Yanukoviçin oğlu saxtakarlıqda günahlandırılır
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin oğlunu Rusiyaya qanunsuz yolla pul ötürməkdə günahlandırır. Söhbət 468 min ABŞ dollarından (10 milyon qriven) gedir.
UTX bu günlərdə sabiq prezident Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçin Rusiya ilə gizli yolla əlaqə saxladığını üzə çıxarıb.
Ukrayna Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, valyutanın xaricə çıxarılması MAKO şirkəti tərəfindən aşkarlanıb. Belə ki, şirkətə Rusiya Federasiyasından avadanlıq saxta yolla göndərilib. Halbuki qanuni yolla idxal edilməli idi. Belə hal Ukrayna hakimiyyətinin nəzarətindən kənarda həyata keçirilib.
 
Amma söhbətin hansı avadanlıqdan getməsi barədə məlumat verilmir.
 
Təhlükəsizlik Xidməti Ukrayna Baş Prokurorluğuna bu işlə məşğul olan şirkətin bank hesablarına əl qoyulması barədə müraciət edib.
 
Daha əvvəl Donetsk vilayət administrasiyasından bildirilmişdi ki, Donetsk ərazisində axtarışda olan Aleksandr Yanukoviçlə əlaqəli olan şirkətlər fəaliyyətlərini davam etdirir. Ona görə də Ukrayna hakimiyyəti xidməti sənədlərin saxtalaşdırılması, həmçinin tərtib edilməsi və saxta sənədlərin verilməsi kimi cinayətin törədilməsində sabiq prezidentin oğlundan şübhələnir.
 
Hazırda Rusiyada gizləndiyi ehtimal olunan və bu məsələlərdə günahkar kimi bilinən sabiq prezidentin oğlu bu barədə heç bir açıqlama verməyib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.