banner
banner

Sağlamlıq

Əl tərləməsinin çarəsi

Əl tərləməsinin çarəsi

İsti yay aylarında əl tərləməsi bəzi insanları narahat edən xoşagəlməz haldır.

Müxtəlif infeksiyalar, köklük, klimaks, diabet, psixoloji xəstəliklərin səbəb ola biləcəyi bu problemdən çıxış yolu var.

Daha çox qadınları narahat edən bu problemin həlli üçün asan üsul təqdim edirik:

Lazım olanlar:

İsti duzlu borakslı su

Soyuq duzlu borakslı su

2 yemək qaşığı kirşan

1 yemək qaşığı quru nanə

1 limonun qabığı  (sürtgəcdən keçirilmiş)

Hazırlanması:

Əllərinizi əvvəl isti, sonra soyuq borakslı suda saxlayın. Sonra  bir qabda kirşan, nanə və sürtgəcdən keçirilmiş limon qabığını qarışdırıb əlinizə çəkin. Pambıqlı əlcək geyinərək 15-20 dəqiqə gözləyin. Sonra isə yuyun.

Borakslı su nədir?

Borakslı su tərkibi oksigen, natrium və bortenlə zəngin  təbii mineraldır. Antiseptik, antibiotik xüsusiyyətləri sayəsində güclü təbii dezinfeksiyaedicidir. Göbələk əmələ gəlməsini qarşısını alır.

Boraks ev təmizliyində tez-tez istifadə olunan bir maddədir. Bu maddə ağardır, suyun əhəngini azaldaraq yumşalmasını təmin edir. Həzm yoluna zərər verdiyi üçün udmaq, hətta təbii mineral olmasına baxmayaraq, onu iyləmək olmaz.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.