Bu gün səhər paytaxtın Suraxanı rayonunda intihar baş verib. Hövsan qəsəbə sakini özünü asaraq öldürüb.
Suraxanı rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, 1977-ci il təvəllüdlü Hövsan sakini Zaur Hüseynağa oğlu Muradov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb.
Hadisəyə Zaur Muradovun psixi problemlərinin olması göstərilir. Özünü öldürən şəxs Məştağa ruhi əsəb dispanserində qeydiyyatda olub.
Z. Muradov iki azyaşlı uşaq atasıdır.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.