banner
banner

Sosİal

Nazirlik 102 işçi axtarır

Nazirlik 102 işçi axtarır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə müsabiqə və müsahibə əsasında kadrların qəbulu və yerləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) ilə əməkdaşlıq şəraitində və “Dövlət qulluğu haqqında” Qanuna uyğun şəkildə həyata keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu istiqamətdə işlərin davamı olaraq, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün DQMK tərəfindən carı il avqustun 14-dən elan edilən növbəti müsabiqədə ƏƏSMN sistemi üzrə 94 inzibati vəzifə üzrə 102 vakant yer təqdim olunur. Həmin vakant yerlər nazirliyin Aparatını, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi, Məşğulluq, Sosial Təminat, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətlərini əhatə edir.
 
Təkcə bu ilin ötən dövründə müsabiqə, həmçinin daxili və ümumi müsahibələrdən uğurla keçmiş 64 nəfər şəxs nazirliyin aparatında və struktur bölmələrində müvafiq vakant vəzifələrinə təyin olunublar. Nazirlik tərəfindən dövlət qulluğunun inzibati vəzifələrinə təyin edilən əməkdaşların səmərəli fəaliyyətinin stimullaşdırılması üçün zəruri tədbirlər görülür. Nazirlik üzrə müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili və ümumi müsahibələrə dair bütün elanlar nazirliyin rəsmi internet saytının səhifəsində müvafiq bölmədə təqdim olunur.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.