İspaniya La Liqasının 12-ci turunda evdə "Sevilya"ya qalib gələn (5:1) "Barselona"nın hücumçusu Lionel Messi tarixə keçib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Nou Kamp"da keçirilən görüşdə het-trik edən argentinalı futbolçu La Liqa tarixinin ən məhsuldar oyunçusu olub.
La Liqada vurduğu qolların sayını 253-ə yüksəldən Messi "Atletik" (Bilbao) klubunun sabiq futbolçusu Telmo Zarranı geridə qoyub.
Zarra La Liqada keçirdiyi 278 oyunda 251 dəfə fərqləndiyi halda, Messi 289 görüşdə 253 dəfə rəqib qapılarına yol tapıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.