İdeal çəkidə qalmaq istəyənlərin ən yaxşı köməkçisi qatıqdır.
Türkiyənin tanınmış diyetoloqlarından Nilay Keçəçi yay aylarında kökəlməmək üçün bol miqdarda qatıq yeməyi məsləhət görüb.
Diyetoloq bildirir ki, qatığı müxtəlif vasitələrlə dadlandırıb hər gün yemək olar:
"Qatıq yeməkdən bezdiyinizi bəhanə gətirərək bu faydalı qidadan uzaq durmayın. Qatığı həm sadə yemək olar, həm də içərisinə müxtəlif meyvələr və ya darçın, zəncəfil əlavə edərək dadlandırmaq olar. Qatıq əsl möcüzədir. O, həzm sisteminə yaxşı təsir edir. Qatığa bir az su əlavə edib ayran kimi içdikdə təzyiqi nizamlayır. İçərisinə xiyar, şüyüd doğrayıb doğramac kimi yedikdə susuzluğu aradan qaldırır, toxluq hissi verir".
Nilay Keçəçi bildirir ki, qatıq eyni zamanda zülal qaynağıdır. Xüsusilə, yay aylarında idmandan sonra yedikdə əzələləri gücləndirir, yağların parçalanmasını təmin edir. Qatıq sinir sistemi və immunitet sistemi üçün də əvəzedilməz qidadır.
Diyetoloq qatığın şəkər xəstələri üçün əsl şəfa mənbəyi olduğunu vurğulayıb: "Qatıq şəkər xəstələri üçün çox əhəmiyyətli bir qidadır. Belə ki, qandakı şəkəri nizamlayır. Toksinlərin atılmasına kömək edir. Qəbizliyə yaxşı təsir göstərir. Üstəlik, qarın bölgəsindəki yağların əriməsini sürətləndirir".
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.