banner
banner

Gündəm

Azərbaycan internet televiziya bazarını leqallaşdırdı

Azərbaycan internet televiziya bazarını leqallaşdırdı
Azərbaycan IP- televiziya (IP-TV) bazarını tamamilə leqallaşdırdı. 
Cia.az-ın məlumatına görə, bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib. Mənbə bildirib ki, bu xidməti qeyri-qanuni şəkildə təklif edən şirkətlərə qarşı hüquq-mühafizə orqanları və vergi müfəttişliyi səviyyəsində ciddi tədbirlər görülüb: 

“Görülən tədbirlər nəticəsində, məhz lisenziyalaşdırma sisteminin tətbiq edilməsindən sonra Azərbaycanda internet televiziyası bazarı tamamilə leqallaşdırıldı ki, bu da öz növbəsində sağlam rəqabət mühitinin formalaşmasına imkan yaratdı”. 

Mənbə qeyd edib ki, hazırda IP-TV, demək olar ki, bütün internet xidməti tədarükçüləri (Azərbaycanda 40 internet-provayder fəaliyyət göstərir) tərəfindən təklif olunur: 

“Bazar iştirakçılarının əksəriyyəti Azərbaycanda provayder fəaliyyətinin lisenziyalaşdırılmamasından istifadə edərək kommersiya əsasında əhaliyə internet xidməti təklif etməyə başlamışdı. Bu səbəbdən lisenziyalaşdırma sisteminin tətbiq edilməsi ilə bu sahənin fəaliyyətini nizamlamaq lazım gəldi”. 

Mənbə həmçinin bildirib ki, bazarın xarici IP-TV xidmətlərindən sığortalanmaması neqativ amildir: 

“Azərbaycanın internet televiziyası bazarının hələlik kifayət qədər əhəmiyyətli dövriyyəsi yoxdur. Ancaq pirat kontent gələcəkdə bu xidməti təklif edən lokal şirkətlərin inkişaf xərclərinə səbəb ola bilər. Bu gün IP-TV bazarının yüksək templə inkişaf etməməsinin səbəbi hələlik elə də ürəkaçan olmayan internet sürətləridir. IP-TV xidmət tədarükçüləri bu problemi videosiqnalı sıxmaq yolu ilə aradan qaldırmalı olur ki, bu da müəyyən mənada keyfiyyətə təsir edir”.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.