Məşhur cütlüyün oğlu ilə evli olduğunu etiraf etdi
“Çok güzel hareketler bunlar”ın aktrisası Ayça Ərturan məşhur cütlük Oya Kırca ilə aktyor Levent Kırcanın oğlu Oğulcanla evli olduğunu etiraf edib.
Cia.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlük restorandan çıxarkən əl-ələ görüntülənib. Jurnalistlərin “Evlənəcəksinizmi” sualına Ayçanın verdiyi cavab hər kəsi təəccübləndirib:
“Biz ötən il avqustun 31-də ailə qurmuşuq. Bunu sizdən gizləmişik. Ayın sonunda ilk ildönümümüzü qeyd edəcəyik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.