|
"Yuventus" ciddi itki ilə üzləşib. Cia.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Klaudio Markizio məşq zamanı zədələnib. 29 yaşlı yarımmüdafiəçi ən azı 20 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, K.Markizio İtaliya A seriyasında "Udineze" və "Roma" ilə matçı buraxacaq. Qeyd edək ki, K.Markizio 2006-cı ildən "Yuventus"da çıxış edir. Cia.az
|


