“Qarabağ” artıq İsveçrədədir. Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının pley-off mərhələsində "Yanq-Boys"la qarşılaşacaq komanda ötən gün saat 17:00-da Bakını tərk edib. Bakı-Bern reysi ilə hərəkət edən komanda 5 saatlıq uçuşdan sonra Bern şəhərinə çatıb. Bu gün komanda oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.