Rejissor Yılmaz Ərdoğanla aktrisa həyat yoldaşı Belçim Bilginin boşanacaqları xəbəri yenidən gündəmə gəlib.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün 9 illik ailə həyatına son qoymaq qərarında qəti olduqları deyilir. İddialara görə, Belçim almaniyalı aktrisa Məryəm Üzərlinin ad günü partisində rəfiqələrinə “Boşanmağa qərar verdim” söyləyib. O artıq bunun üçün hazırlıqlara başladığını da bildirib. Qeyd edək ki, Belçimlə Yılmaz 2006-cı ildə ailə qurublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.