Əvəz Zeynallı: “Rasim Eminin Azərbaycandakı son günlərində ona yardım etmişdi”; Mehman Əliyev: “O, sakit, fağır adam idi, onu RATİ-yə formal olaraq sədr seçdilər”
Jurnalist Rasim Əliyevin döyüldükdən sonra xəstəxanada vəfat etməsi hələ də cəmiyyətin əsas müzakirə mövzularından biridir. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı R.Əliyevin müxalif fikirli olduğuna diqqət çəkir.
“Yeni Müsavat”a açıqlamasında Ə.Zeynallı bildirdi ki, o, R.Əliyevin birmənalı şəkildə jurnalist olduğu, kimlərisə narahat etdiyi üçün döyülüb öldürülməsi versiyasının irəli sürmür. Amma müsahibimizin fikrincə, R.Əliyev müxalif düşərgəyə mənsub idi və ona sağlığında xeyli hədə-qorxular gəlinib: “Hətta o, bu hədə-qorxularla bağlı bir müddət əvvəl Daxili İşlər Nazirliyinə də müraciət edib. Ona çəkdiyi fotolar, videolar, RATİ-dəki fəaliyyəti ilə bağlı dəfələrlə hədə-qorxu gəlinib”.
Ə. Zeynallı bu tezislə bağlı hazırda İsveçrədə olan RATİ sədri Emin Hüseynovla danışdığını xatırlatdı. Müsahibimizin sözlərinə görə, R.Əliyev ötən ilin oktyabrından RATİ-nin sədri imiş: “Getməzdən əvvəlki son günlərində Eminin Bakıda da müəyyən macərası olub, qaçma-gizlənmə kimi. Həmin vaxt onun yanında Rasim Əliyev olub. Emini bütün həyatını təhlükəyə qoyaraq qaçıran, gizlədən, onu sonra İsveçrə səfirliyinə salan Rasim olub. Söhbət onun hansısa gücə malik olmasından daha çox, etibarlı adam olmasından gedir. O, kritik zamanda əlindən gələni edib. Emin ona çox etibar edirmiş”.
Ə. Zeynallı dedi ki, E. Hüseynovla bu mövzuda söhbətdən bir gün sonra RATİ bəyanat yayıb. Həmin bəyanatda da R.Əliyevin qətlinin siyasi olması, bunda onun RATİ sədri kimi rəsmən təsdiqlənməsinin də rol alması qeyd olunub: “İşin bir başqa tərəfi Rasimi döyənlərdir. Onlar ciddi himayəsi olan adamlardır. Cavid Hüseynovun azadlığa buraxılması üçün müəyyən jurnalistlərin müraciəti də bu prosesin sıradan olmadığını göstərir. Axı bu günə qədər nə qədər redaktor, jurnalist tutulub. Nəyə görə bu şəxslər həmin həmkarları ilə bağlı belə bəyanat yaymayıblar? Amma istintaq altında olan hansısa idmançıya bu diqqətin səbəbi nədir? Birmənalı şəkildə demək olmaz ki, Rasimin qətli kiminsə sifarişidir. Amma uzun müddətdir ki, Rasimə qarşı Emin Hüseynov üzərindən fokuslaşdırılan bir şey planlaşdırılmış ola bilərdi. Bu futbolçu məsələsi də həmin ərəfəyə təsadüf etdi. Təbii, problem çıxanda onunla həll edirlər. Prezidentin də tapşırığı var - 6 həbs göstərir ki, bu, sıradan məsələ deyil. Bu versiyaların hamısı öyrənilməlidir. Bəzi jurnalistlərin son bəyanatı da narahatçılığın səviyyəsini göstərir. 5 adamın haqq-hesabı nədir ki, bütün tanınmış jurnalistlərə əlcək atılır? Bütün hallarda Rasimi daxili hesablaşmanın qurbanı hesab edirəm”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, bu siyasi qətldir. Amma o, bunu konkret R.Əliyevin fəaliyyəti, eləcə də E.Hüseynova bağlılığı ilə əlaqələndirmir. Onun fikrincə, ümumən sözügedən qətli Azərbaycanda baş verən proseslərin, mediaya qarşı basqıların fonunda qiymətləndirərkən ortaya belə nəticə çıxır: “Dövlət başçısı İlham Əliyev jurnalistin döyülməsində iştirak edən şəxslərin ən sərt şəkildə cəzalandırılacaqları barədə vəd verməklə, həm də hakimiyyətin Azərbaycanda söz və ifadə azadlığını qoruduğunu nümayiş etdirdi. Amma Elmar Hüseynovun, Rafiq Tağının qətlinin üstünün açılmaması, jurnalistlərə və habelə onların qohumlarına qarşı məhkəmə təqibləri və fiziki zorakılıqlar göstərir ki, söz azadlığını qorumaq haqda bəyanatlar deklarativ xarakterlidir. Hakimiyyət mövcud duruma narazılıqlarını bildirən 13 jurnalist və bloggeri həbsdə saxlayır, eyni zamanda öz nəzarətində olan KİV-lərin təmsilçilərinə nümayişkaranə şəkildə görünməmiş güzəşt və üstünlüklər təqdim edir. Söz azadlığı görünməmiş dərəcədə hücum və təqiblərə məruz qalır, qorxu həddi isə jurnalistlər arasında görünməmiş miqyasa çatıb”.
Müsahibimiz hesab edir ki, bu qətldə E.Hüseynov və RATİ faktorunun hər hansı əlaqəsi görünmür. M.Əliyevin sözlərinə görə, o versiyanı təsdiqləmək üçün Rasimin özü Emin Hüseynov qədər aktiv olmalı, hakimiyyəti qıcıqlandırmalı idi: “Amma o, sakit, fağır adam idi. Üstəlik, onu RATİ-yə formal olaraq sədr seçdilər, Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçirmək üçün. Rasim hardasa bəyanatlar, açıqlamalar verib? Hakimiyyəti tənqid edən çıxışları olub? Yox. Sadəcə, bütün araşdırmalar göstərir ki, ümumən ölkədə söz və mətbuat azadlığına olan basqının növbəti qurbanı da Rasim oldu. Ona görə də bu, siyasi qətldir”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.