"Maddi vəziyyətim pisləşdiyi üçün şirkətlərimdə çalışan 4900 nəfər işçimi ixtisara salmışam".
Bu sözləri ANS PRESS-ə açıqlamasında iş adamı, "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.
İş adamı maddi sıxıtılara düşməsinə və işçiləri azad etməsinə səbəb kimi Beynəlxalq Bankda onun adına yalandan borc yazılmasını göstərir.
Nehrəmli deyir: "Mənə məxsus olan “Avesta” konserninin Beynəlxalq Banka 41 milyon manat, “Həsən 96 MMC” şirkətinin isə 50 milyon manat borcu var. Lakin manatın devalvasiyasından iki gün əvvəl həmin məbləği dollara çevirdilər. Bununla da mənə 23 milyon 600 min manat əlavə borc yazıldı. Bu məbləğlərlə birgə adıçəkilən banka olan borcum 450 milyon manat miqdarında müəyyən edildi. Bu kreditlər üzündən maddi vəziyyətim pisləşib və işçiləri azad etməyə məcbur olmuşam."
İş adamı bu problemlərlə bağlı Beynəlxalq Banka dəfələrlə yazılı müraciət etdiyini, müraciətinə baxılmadığı üçün banka getdiyini, lakin bankda onu qəbul edən olmadığını da sözlərinə əlavə edib.
Məsələ ilə bağlı Beynəlxalq Bankın mətbuat xidmətindən sayta fikir bildirməkdən imtina edilib.
Hacı İbrahim həmçinin KİV-də 240 min manat dəyərində olan saatının oğurlanması barədə yayılan xəbərə aydınlıq gətirib.
Onun sözlərinə görə, saatı ona qardaşı Tağı hədiyyə edib. Nehrəmli “Bandotdel”ə aparılarkən saatı qolundan çıxarıb və maşında qoyub. Bu zaman qardaşı hədiyyənin itəcəyindən ehtiyat edərək saatı götürərək evinə aparıb.
Dindirilmədən sonra avtomobildə saatı tapmayan biznesmen isə bu barədə polisə müraciət edib. Lakin daha sonra saatın qardaşında olduğunu bilib və şikayətini geri çəkib.
İş adamı Hacı İbrahimin Beynəlxalq Banka ümumilikdə 450 milyon manat borcu var. Nehrəmli bu borca görə dəfələrlə Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə aparılıb.
May ayının 13-də "Bandotdelə" dindirilmə üçün aparılan iş adamı bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.