"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının "pley-off" mərhələsində "Yanq Boyz"la (İsveçrə) ilk oyun öncəsi fikirlərini bildirib.
Cia.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, o, keçirilən mətbuat konfransında hər iki komandanın şanslarının bərabər olduğunu bildirib:
"Hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanması üçün son şansdır, buna görə sabah maraqlı oyun olacaq. Meydanın süni ot örtüyünə sahib olması bizim oyunumuza mane olmayacaq, çünki artıq buna alışmışıq. Cütün favoritini söyləmək mümkün deyil. Şanslar bərabərdir"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.