Dünya şöhrətli aktrisa Meqan Foksla həyat yoldaşı Brayan Ostin boşanırlar. Bu barədə Qərb mediasına cütlüyə yaxın mənbə məlumat ötürüb. Meqanla Brayan 5 illik ailə həyatlarına son qoymaq qərarına gəliblər. Onlar arasında münasibətin çoxdan pozulduğu iddia edilir. Qeyd edək ki, Meqan Foksla Brayan Ostin 2010-cu ildə ailə qurublar. Cütlük 2004-cü ildən sevgilidir. Onların Noa və Bodi adlı azyaşlı uşaqları var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.