Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib.
İdarənin şöbə rəisi Kamran Əliyevin Lent.az-a bildirdiyinə görə, sürücülər yağmurlu hava şəraitində nəqliyyat vasitəsini quru havada olduğu kimi idarə etməməlidir:
“Sürücülər mütləq meteoroloji şəraiti nəzərə almalıdırlar. Yağmurlu hava şəraitində nəqliyyat vasitəsini digər günlərdəki kimi idarə etmək olmaz. Sürücülər mütləq sürət həddini seçərkən, ara məsafəsi saxlayarkən, manevr edərkən diqqətli olmalıdırlar və yağmurlu hava şəraitini nəzərə almalıdırlar.
Çünki yağmurlu hava şəraitində yol şərtləri dəyişir və bunu nəzərə almamaq ağır nəticələrə səbəb ola bilər”. K.Əliyev əlavə edib ki, Azərbaycanda avtomobillərin qış təchizatı ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: “Lakin bununla belə sürücülərə məsləhət görülür ki, şinlərin protektorlarına fikir versinlər. Protektorların naxışlarının qalınlığı azaldıqca şinlərin etibarlılığı da azalır və bu göstərici ən azı 1 mm olmalıdır. Bundan başqa, şinlər naxışlar üzrə oxda yerləşdirilməlidir ki, bu da vacib nüanslardandır”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.