"Whatsapp”da yeni virus peyda olub. “Whatsapp” ekran görüntüləri və Smayllar yenilənməsi” adı altında gələn mesajların üzərinə klik edən istifadəçilərin “Whatsapp” hesabları həmin virusa yoluxur. Sürətlə yayılan virusun qarşısının alınması üçün “Whatsapp” istifadəçiləri diqqətli olmalıdırlar. Qeyd edək ki, son vaxtlar sözügedən şəbəkədə bir neçə oxşar virus növləri yayılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.