Azərbaycanın döyüş təyyarələri təlim uçuşları keçirirlər
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərinə hazırlıq çərçivəsində təlim-məşq uçuşları keçirir.
Cia.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, məşqlərdə müxtəlif manevrlər və xüsusi tapşırıqlar yerinə yetirir, şəxsi heyətin təlim-döyüş təcrübəsi üzrə vərdiş və bacarıqları təkmilləşdirir.
Məşqlərdə hərəkət edən və hərəkətsiz yerüstü hədəflər, müxtəlif obyektlər, şərti düşmənin zirehli texnikası, helikopteri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsi öyrənilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.