banner
banner

Gündəm

Müxalifət bahalaşmaya etiraz edəcəkmi...

Müxalifət bahalaşmaya etiraz edəcəkmi...
Son günlər ölkəmizdə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Bəzi ekspertlər hesab edirlər ki, qiymətlər gələn aylarda daha da artacaq və bu, sonda növbəti devalvasiya ilə nəticələnəcək. Proseslərin buna doğru yönəldiyini demək mümkündür.

Müxalifət partiyalarının qiymət artımı ilə bağlı atacaqları addımlar maraq doğurur. Adətən, indiyə qədər bu cür hallar baş verdikdə, etiraz aksiyalarının keçirildiyinin şahidi olmuşuq. İndi də buna bənzər hadisələr yaşanacaqmı?
Bu sualla öndə gedən müxalif qurumlara müraciət etdik.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı növbəti devalvasiyanın Azərbaycanda gözlənildiyini bildirdi: “Bu cür hal növbəti dəfə yaşana bilər. Növbəti devalvasiyadan sonra xalq hərəkətə gəlməli və öz sözünü deməlidir. Müsavat Partiyası öz üzərinə düşən işləri daim görüb, bundan sonra da görəcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə fərqli düşünür. O hesab edir ki, hakimiyyət qarşıdan gələn parlament seçkilərinə qədər bahalaşmanın qarşısını alacaq: “Bu günlərdə növbəti devalvasiyanın olacağını gözləmirəm. Milli Bank seçkilərdən sonra bununla bağlı qərar verə bilər. Maksimum dərəcədə çalışacaqlar ki, prosesləri tənzimləyə bilsinlər. Amma qiymət artımının qarşısını almaq mümkün olmayacaq. Çünki Azərbaycanın ərzaq, daxili bazarları ətraf dövlətlərlə sıx bağlıdır. Xüsusilə postsovet ölkələri ilə. Yeni valyutanın aşağı düşməsi proseslərə təsir edəcək. Amma Milli Bank ən azı noyabra qədər prosesləri yolunda saxlaya biləcək. Noyabr ayından sonra neftin qiyməti düşməkdə davam edəcəksə, proseslər bu şəkildə gedəcəksə, devalvasiya qaçılmaz olacaq. Azərbaycan manatının aşağı düşməsi prosesi də davamlı olacaq”.
KXCP sədri Mirmahmud Mirəlioğlu yaşanan bu cür proseslərdən heç bir ölkənin sığortalanmadığını qeyd etdi: “Dünyada müşahidə olunan bu kimi proseslər Azərbaycandan yan keçməyəcək. Televiziya və radio jurnalistləri təmtəraqla danışırlar ki, bu cür hallar olmayacaq. Qeyd edirlər ki, yayılan xəbərlər doğru deyil, dollar qıtlığı yaşanır.  Bütün bunlar onu göstərir ki, devalvasiya olacaq. Buna təkcə siyasi partiyalar, bloklar yox, cəmiyyət münasibət bildirməlidir. Amma hələ ki, cəmiyyətin münasibəti ortada yoxdur”.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.