banner
banner

Sağlamlıq

Nevrozdan əziyyət çəkirsiz? - TESTLƏ SINAYIN

Nevrozdan əziyyət çəkirsiz? -

Müasir insanların bir çox hissəsi daim stress vəziyyətlərinə düşür.

Belə xroniki stress sinir sisteminin tükənməsinə səbəb olur ki, bunun nəticəsində insanda nevroz inkişaf edir. Bəzən insanlar bunu anlamır və nevrozun simptomlarını digər xəstəliklər, yorğunluq və s. ilə əlaqələndirirlər. Bu isə nevrozun daha da dərinləşməsinə və artıq fəsadların inkişafına səbəb olur.

Nevrozun ilk simptomlarında həkimə müraciət edib pozulmanı müalicə etmək lazımdır. Əks halda nevrozun fonunda insanda ciddi xəstəliklər inkişaf edə bilər, nevroz insanın həyatına, yaxınları ilə münasibətlərinə, karyerasına ciddi ziyan vura bilər.

Özünüzdə nevrozun olub-olmadığını bu testin köməyi ilə yoxlayın. Əgər siz sadaladığımız simptomların bir çox hissəsini özünüzdə müşahidə edirsinizsə, bu o deməkdir ki, siz artıq nevrozdan əziyyət çəkirsiniz.

1. Siz çox tez və cüzi səbəblərə görə əsəbləşirsiniz, özünüzdən çıxırsınız.

2. Siz hər şeyə görə həyacanlanırsınız, narahat olursunuz, daim nədənsə qorxursunuz, "pis xəbər" gözləyirsiniz.

3. Əhvalınız çox tez-tez və kəskin dəyişilir.

4. İstənilən adi işə başladıqda çox tez yorulursunuz, tez-tez "gücüm yoxdur" ifadəsindən  istifadə edirsiniz.

5. Yuxuya çətinliklə gedirsiniz, yuxudan "doymursuz", səhərlər özünüzü dincəlmiş hiss etmirsiniz, gün ərzində yuxulu olursunuz.

6. Bədənin müxtəlif nahiyələrində səbəbsiz ağrılar olur - ürək, qarın nahiyəsində.

7. Baş ağrıları Sizi tez-tez narahat edir.

8. Sizi artmış tərləmə, ürək döyünməsinin tezləşməsi narahat edir.

9. Yaddaşın, diqqətin, təfəkkürün pozulmasını hiss edirsiniz.

10. Güclü səslər, parlaq işıq sizi qıcıqlandırır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.