banner
banner

Sağlamlıq

Gərgin iş rejimi iflic ehtimalını artırır

Gərgin iş rejimi iflic ehtimalını artırır
Həftə ərzində 48 saatdan çox işləyən adamlarda iflic keçirmə riski artır. Report BBC-yə istinadən xəbər verir ki, yarım milyondan çox insan üzərində aparılan bir araşdırma həftədə 35-lə 40 saat işləyənlərlə müqayisədə, 48 saat ərzində çalışanların iflic keçirmə ehtimalının 10 faiz artdığını ortaya çıxarıb. Nəticələri “Lancet” jurnalında dərc olunan araşdırmada həftədə 54 saat işləyən adamların iflic keçirmə ehtimalının 35-lə 40 saat çalışanlardan 27 faiz, 55 saatdan artıq çalışanlarda isə 33 faiz olduğu açıqlanıb. Mütəxəssislər saatlarla işləyən adamların öz qan təzyiqlərinə nəzarət etməsini tövsiyə edirlər. 
 
Saatlarla işləməklə iflic ehtimalı arasındakı əlaqənin səbəbi hələ tam tapılmasa da, nəzəriyyələr arasında iş saatlarının çox olmasının yaratdığı stress və həyat tərzinin insan orqanizminə mənfi təsiri əsas yer tutur.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.