banner
banner

Gündəm

Azərbaycanda bir universitetin dörd dekanı işdən çıxarıldı

Azərbaycanda bir universitetin dörd dekanı işdən çıxarıldı

Azərbaycan Texnologiya Universitetində kadr dəyişikliyi olub. 

Cia.az report-a istinadən xəbər verir ki, ali təhsil müəssisənin mövcud 4 fakültəsinin hər birinin dekanı -Standartlaşdırma və texnoloji maşınlar fakültəsinin dekanı dos. Namiq Əsgərov, Qida məhsullarının texnologiyası və turizm fakültəsinin dekanı dos. Arzu Həsənov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Xalidə Ağayeva və İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsinin dekanı dos. Namiq Davudov avqustun 4-dən öz ərizələri ilə tutduqları vəzifədən azad olunublar.

Növbəti dekan seçkiləri keçirilənədək onların vəzifəsinin icrası dekan müavinlərinə həvalə olunub. 

Hazırda dekan vəzifələrinin icrası müvafiq olaraq Standartlaşdırma və texnoloji maşınlar fakültəsində Qəhrəman Namazova, Qida məhsullarının texnologiyası və turizm fakültəsində Hafiz Əsgərova, İqtisadiyyat və idarəetmə fakültəsində İsa Əhmədova, İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsində isə Babək Fərzəliyevə həvalə edilib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.