Müğənni Hande Yenerlə həmkarı Demet Akalın arasında qalmaqal artıq səhnəyə də ayaq açır. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Hande sahibi olduğu "Sebastian Beach"də Demetin mahnılarının çalınmasını istəməmişdi.
Bu günlərdə məlum olub ki, avqustun 29-da Demet Handeyə inad onun məkanının yanındakı çimərlikdə konsert verəcək. O, 90 min lirəyə (təxminən 32 min manat) razılaşıb.
D.Akalın həmin gün konserti ilə H.Yenerin də məkanında səsinin eşidilməsinə nail olacaq. Eyni gündə Hande öz məkanında müğənni Sərdar Ortaçın həyat yoldaşı Kloenin di-ceyliyi ilə ifa olunan mahnılarla Demetin səsinin eşidilməməsinə çalışacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.