İş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində vaxtilə baş mühasib vəzifəsində çalışmış şəxsin beynəlxalq axtarışa verildiyi haqda xəbər yayılıb. Vaqif Bağırov ad-soyadlı həmin şəxsə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilib. Ölkədə olmadığını görə, onun qırmızı xətt üzrə axtarışına qərar verilib. Mətbuatda səhvən V.Bağırovun axtarışa veriləndən sonra Afrikaya qaçdığı haqda məlumatlar dolaşır.
Belə xəbərlərdən aydın olur ki, A.Bağırov Afrikaya axtarışdan az əvvəl və ya sonra qaçıb. Əslində isə V.Bağırov ölkədən 2011-ci ildə gedib. Bu haqda onun özü “Yeni Müsavat”a 2013-cü ilin martında verdiyi açıqlamada bildirmişdi. Həmin vaxt mətbuatda Hacı İbrahim Nehrəmliyə qarşı ittihamlar yer almışdı, ittihamlarda V.Bağırovun da adı yer alırdı. İttihamları səsləndirən Hacı İbrahimin keçmiş şəriki, hazırda ömürlük həbsdə olan Hümbət Məmmədov idi. O, Hacı İbrahimi eks-spiker Rəsul Quliyevə pul ötürməkdə ittiham etmişdi.
V.Bağırovun da adını hallandırmışdı. Bu ittihamlara cavab verən V.Bağırov Afrikada yaşadığını demişdi. Bildirmişdi ki, 1992-ci ildən 2004-ə qədər Naxçıvanda vergi məmuru işləyib. 2004-cü ildən isə Hacı İbrahimin “Avesta” konsernində maliyyə idarəsinin rəisi və firmaların baş mühasibi olub. Sitat: “2010-cu ilin dekabr ayına qədər Hacı İbrahimlə birgə çalışmışıq. Sonra mən öz biznesimi qurmaq üçün işdən çıxmışam. Hazırda Afrikada işimi qurub biznesimlə məşğulam. 2011-ci ilin may ayının 17-də Azərbaycandan çıxmışam. Bura gələndən sonra eşitmişəm ki, belə hadisə (Hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədovun sifarişi ilə digər şərikləri Əflatun Piriyevin öldürülməsini nəzərdə tutur- E.M.) olub.
Həmin o 2 nəfər (hazırda ömürlük həbsdə olan Hümbət Məmmədov və mərhum Əflatun Piriyev) həddindən artıq bir-birinə yaxın adamlar idi. Hümbət rəhmətlik Əflatunun vasitəsilə Hacı İbrahimlə ortaq olmağa gəlmişdi. İşlədiyim dövrdə nə Hacı İbrahimin, nə Hümbətin, nə də rəhmətlik Əflatunun hər hansı qanunsuz hərəkətinin şahidi olmamışam.
Mənim telefonumdan - 050 230-76-86 nömrəsindən heç kəsə zəng olunmayıb. Hacı İbrahim mənim yanımda prezidentin qayınatası, akademik Arif Paşayevə həmişə ”dədəm" deyirdi. İkilikdə olduğumuz təkbətək söhbətlərdə də Hacı İbrahim heç bir zaman bugünkü iqtidarın ünvanına artıq-əskik bir söz deməyib. Mən belə halın şahidi olmamışam. Mən heç bir partiyanın üzvü də deyiləm ki, kiminləsə də əlaqə saxlayım. Hacı İbrahim mənim yanımda Rəsul Quliyevin və başqa müxalifətçilərin adını belə çəkməyib". V.Bağırov səslənən iddiaların absurd olduğunu demişdi.
V.Bağırov 2013-cü ilin iyununda ölkəyə qayıdacağını da söyləmişdi: “Bütün qohum-qardaşım Azərbaycandadır, mən burada işləri yekunlaşdırıb vətənə qayıdacağam”.
Sonda qeyd edək ki, V.Bağırovun təqdim etdiyimiz açıqlamasında o, Afrikaya nə vaxt və niyə getdiyini açıq şəkildə söyləyir. Odur ki, onu ölkədən “qaçıran”da bir qədər onun özünün söylədiklərini də nəzərə almaq obyektivlikdən kənar olmaz.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.