banner
banner

İdman

“Qarabağ” və “Qəbələ” Avroliqada çətin qrupa düşdülər

“Qarabağ” və “Qəbələ” Avroliqada çətin qrupa düşdülər
Avqustun 27-si gecəsi Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı. Tarixi gecədə iki klubumuz “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandılar. Bununla da futbol tariximizdə ilk dəfə olaraq, qruplarda iki klubumuz mübarizə aparacaq.

Ağdam təmsilçisi üçün tarix olmasa da, “Qəbələ” üçün qruplarda oynamaq ilk idi. Çünki indiyə qədər “Neftçi” və “Qarabağ” bir dəfə qruplarda oynamaq haqqı qazanmışdılar. 
Futbol gecəmizdə “Qarabağ” səfərdə 0-1 hesabı ilə qalib gəldiyi İsveçrənin “Yanq Boyz” klubunu öz meydanında 3-0-la keçdi. “Qəbələ” isə doğma meydanda heç-heçə etdiyi Yunanıstan klubu “Panatinaikos”la səfərdə 2-2-lik məhsuldar heç-heçə edərək qrupa düşməyi bacardı. 
 
Qeyd edək ki, avqustun 28-də atılan püşklə klublarımızın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi. Belə ki, “Qarabağ” Tottenhem" (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “Qəbələ” isə “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya) klublarına rəqib oldular. İlk oyunlar gələn ayın 17-də keçiriləcək. 
 
Futbol mütəxəssisləri qazanılan bu uğurların Azərbaycan futbolunun gələcəyinə böyük töhfələr verəcəyini proqnozlaşdırırlar. Doğrudur, qruplarda qazanılacaq xal və xallar ölkəmizin Avropa reytinqində irəliləməsinə ciddi təsir edəcək. Bu da gələcəkdə Avropada daha çox klubla və qruplarda birbaşa iştirak etmək baxımından çox önəmlidir. 

 
Komanda.az saytının redaktoru Natiq Muxtarlı bu uğurların gələcək baxımından stimul verdiyi qənaətindədir: “Əslində qalsa biz ”Qarabağ"dan Çempionlar Liqasının qrup mərhələsinə düşməyi gözləyirdik. Çünki indiyə qədər iki klubumuz Avropa Liqasının qruplarına düşmüşdü. Təəssüf ki, “Qarabağ” bunu bacarmadı. Qazaxıstanın “Astana” klubu artıq Çempionlar Liqasındadır. Burada oynamaq klubun varlı olması deməkdir. Qrupda oynayan komanda dərhal 14 milyon dollar alır. Heç bir klubumuzun bu qədər büdcəsi yoxdur. Çalışıb bundan sonra yazdığımız tarixləri davam etdirməliyik. Qrupda xallar yığacağımıza inanıram".
 

Qol.az-ın baş redaktoru Aydın Bağırov hesab edir ki, bütün klublarımız Azərbaycan futboluna töhfə verməlidirlər: “”Qarabağ"ın keçəcəyi gözlənilən idi. Ən böyük sürpriz “Qəbələ”nin qruplara düşməsi oldu. Bu, komandanın tarixi üçün böyük uğurdur. Bu klublarla bütün məsələlər həll olunmur. Digər klublarımız da töhfələrini verməlidirlər. İki klubumuzun uğurları aparılan güclü siyasətin nəticəsində mümkün oldu. “Qarabağ” 6 ildir Avropada fədakar çıxış edir. Hər iki klub düzgün transferlər həyata keçirməlidir. Bu olmasa, istədiyimiz nəticə alınmayacaq. Çempionlar Liqası iddiası olan klubun güclü transferləri olmalıdır. 3-4 milyonluq oyunçular lazımdır. Bundan sonra qruplarda uğurlu çıxış üçün transferlər alınmalıdır".

"Neftçi" PFK-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə Azərbaycan klublarının artıq minimum hədəfinin qrup mərhələsi olduğunu söylədi: “”Neftçi" ilk dəfə qrupa düşməklə, bunun əlçatmaz olmadığını sübut etdi. “Qarabağ” isə bunu adiləşdirdi. Artıq klublarımız üçün minimum hədəf qrup mərhələsidir. Bu il xüsusilə önəmlidir. İki klubumuzun qruplarda oynaması çempionat səviyyəmizin artmasından xəbər verir. Bu, rəqabətə də təsir edəcək. Mən nəinki uğurların davamının gələcəyinə, hətta gələcəkdə daha yaxşı nəticələr qazanacağımıza inanıram".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.