Azərbaycanda “ehsan qadağası”ndan bir il ötdü. Ötən ilin bu ayında ölkə ərazisində hökumət yas mərasimlərində yeməkli ehsan süfrələrinin qadağan edilməsi barədə qərar verdi. Bundan sonra bəzi bölgələrdə ehsan məclisləri qadağan edildi. Qadağaya əməl etməyən yas sahibləri cəzalandırıldı.
Amma sonralar məlum oldu ki, bu qaydaya əməl olunmur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ofisinin yerləşdiyi Təzəpir məscidində ehsan verilməsi davam etdi. Yalnız bu qadağa bəzi rayonlarda, o cümlədən Naxçıvana tətbiq edildi.
Faktiki olaraq “ehsan qadağası” həyata keçmədi. İddia edilir ki, bunun səbəbi QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin buna qarşı olmasıdır. QMİ rəhbərinin nəzarətində olan mərasim zallarında qadağaya əməl olunmaması da bunu düşünməyə əsas verir.
Millət vəkili Fazil Mustafa hesab edir ki, məsələyə cəmiyyətin baxışından yanaşmaq lazımdır: “Düşünürəm ki, məsələyə iki şəxs arasında olan mübarizə kontekstində baxmaq doğru deyil. Cəmiyyətin məsələyə dəstək verməməsindən doğan proses oldu. İnsanlar israfçılığa meylli olduqlarına görə qadağa həyata keçmədi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən lazım olan addımlar atıldı. Cəmiyyətə qarşı gəlmək kimi bir düşüncə yox idi. Biz İslamı İslam anlayışı ilə anlamırıq. Öz adət-ənənəmiz üzərində anlamağa çalışırıq ki, nə qədər möhtəşəm qəbirüstü abidə qoyularsa, nəyəsə öz sədaqətimizi daha çox nümayiş etdirə bilərik. Ona görə də bu məsələdə dövlət qurumu sona qədər gedə bilmədi. Maraqlı qüvvələr bu məsələdə əhalinin maraqlarını tuta bildilər. Bu bir biznes sahəsidir. Nəticə olaraq, demək olar ki, cahil insanları bu məsələni davam etdirməyə təşviq etdilər. İndi də ənənə davam edir. Hesab edirəm ki, bu məsələlərdə dini qurumları suçlamaq doğru deyil. Ən azından dini qurum öz mövqeyini bu məsələdə bəyan edirsə, məncə, kifayət edər. Əhalinin böyük əksəriyyətinin dini baxımdan savadsız olması, ehsan anlayışını dərk etməməsi qadağanın qarşısını aldı. Bəzi bölgələrdə mollalar xalqın başına müsibət gətirir, xalqın cahilliyindən istifadə edərək, başlarına oyun gətirirlər. Aylarla yaz məclisi təşkil etdirir, əhalini imkansız vəziyyətə salırlar”.
F.Mustafa “ehsan qadağası” məsələsində Şeyxin mövqeyinə də toxundu: “Şeyx əhalinin əhval-ruhiyyəsini yaxşı bilir. O da görür ki, insanların din haqqında təsəvvürləri yanlışdır. Ona görə də bu məsələlərdə çoxluğa qarşı gəlməyərək, ümumi maraqları ifadə edən mövqe ortaya qoydu. Şeyxin özü bu cür israfçılığın əleyhinədir. Dəfələrlə öz mövqeyini ifadə edib. Cəmiyyət daim bir şeyin bəhanəsini axtarır. Dəqiq bilirəm ki, Şeyx də israfçılığın tam əleyhinədir. Mən ”ehsan qadağası"nın tam tərəfdarı idim. Bu məsələni düşünürəm ki, həll etmək lazımdır. Xeyrini görəndən sonra insanlar ənənəyə çevriləcəklər".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.