Rauf Mirqədirov və Nemət Pənahlının səhhətindəki problemlər davam edir; İntiqam Əliyevə vəkilləri ilə görüşə icazə verilmir
Həbsdə olan məşhur siyasilərin səhhətlərində yaranan problemlər davam edir. MTN təcridxanasında saxlanılan “Ayna Zerkalo”nun əməkdaşı Rauf Mirqədirov müalicə müəssisəsinə köçürülüb. Onun gözündə və belində problemlər var.
Bu barədə qəzetimizə jurnalistin vəkili Elmar Süleymanov məlumat verdi: “Avqustun 28-də Rauf Mirqədirovla görüşdüm. Müalicə müəssisəsinə köçürülüb. Səhhəti çox pisdir. Gözlərində və belində ciddi problemlər var. Ağrıları tez-tez olur. İstintaqı barədə isə heç nə demək mümkün deyil. Heç bir istintaq hərəkəti aparılmır”.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü barədə məlumat vermişdik. Hüquq müdafiəçisi 14 günlük karantindən çıxıb. Lakin ona vəkilləri ilə görüşünə maneələr yaradılır. Vəkil Fəxrəddin Mehdiyev bildirdi ki, əvvəlcədən İ.Əliyevlə görüşmək üçün aidiyyəti orqana müraciət etməsinə baxmayaraq, avqustun 29-də görüşə icazə verilməyib: “İntiqam bəylə görüşə bilmirik. Ona görə də, bir söz söyləmək mümkün deyil. Onunla görüşmək üçün ayın 15-də məktub göndərdim. Baş İdarədən ayın 20-sində məktub cəzaçəkmə müəssisəsinə göndərilib. Avqustun 28-də görüşə getdim. İcazə vermədilər. Dedilər ki, məktub daxil olmayıb. Bu həftə yenidən görüşə cəhd edəcəyik. Karantindən çıxıb. Amma sonradan belə bir məlumat əldə etdik ki, o, yenidən karantinə qaytarılıb. Dəqiqləşdirməyə çalışırıq”.
Hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy atasının səhhətindən ciddi narahat olduqlarını qeyd etdi: “Hələ tam cəzaçəkmə müəssisəsinə yerləşməyib. Karantindən təzə çıxıb. Telefonla danışırıq. Vəziyyəti yaxşı deyil. Səhhətindən çox narahatıq. Karantindən təzə çıxdığına görə həkim müayinəsindən keçməyib. Dərmanları yoxdur. Səhhətindəki problemlər daha da ağırlaşıb”.
Müsavat başqanının müavini Tofiq Yaqublu avqustun 30-da ailəsi ilə telefonla danışıb. Başqan müavininin qızı Nigar Yaqublu bildirdi ki, atasının səhhəti normaldır.
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının da səhhəti ürəkaçan deyil. Partiya sədrinin həyat yoldaşı Həcər Pənahlı onun səhhətinin əvvəlki kimi olduğunu bildirdi: “Xəstəxanaya yerləşdirilməli idi. Amma heç bir məlumat yoxdur. Yaxınlarda səhhəti ilə maraqlanıblar. Axırıncı dəfə danışanda dedi ki, ola bilər müalicə müəssisəsinə köçürülüm. Böyrəklərində ciddi problemlər var. Gələn ayın 13-də görüşümüz gözlənilir. Saxlanma şəraitindən heç bir şikayəti yoxdur”.
Sonda xatırladaq ki, bu gün Bakı Ağır Cİnayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayıla hökm oxunacaq. Saat 14:00-da başlayacaq prosesdə jurnalist son sözünü deyəcək. Ardınca hökm oxunacaq. Prokuror ona 9 il iş istəyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.