banner
banner

İdman

Boks Federasiyası bəyanat yaydı

Boks Federasiyası bəyanat yaydı

Azərbaycan Boks Federasiyası bəzi saytlarda gedən "Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub" başlıqlı yazıya münasibət bildirib.

Azərbaycan Boks Federasiyası (ABF) bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:

"Federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib. Federasiyanın, eləcə də beynəlxalq boks federasiyasının rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz. Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərilən loqo əks olunub. Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur. Bu çox güman ki, ayrı ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla  bağlılığı olmayan idman geyimidir. ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində sizə göndərdiyimiz  loqo əks olunub. Xahiş edirik ki, bu məsələni yenidən araşdırıb oxuculara obyektiv məlumat verəsiniz".

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.