Bal ayına çıxan Muradla Mərvənin gərgin anları - fotolar
Yenicə evlənən müğənni Murad Dalkılıçla aktrisa həyat yoldaşı Mərvə Boluğur Bodrumda bal ayına çıxıblar. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sezen Aksunun konsertinə yollanan cütlüyün gərgin olduqları nəzərdən yayınmayıb. Kameralardan qaçmağa çalışan Muradla Mərvə sevənlərinin böyük diqqəti ilə qarşılaşıblar.
Paparassiləri görən Dalkılıç əsəblərini cilovlaya bilməyərək “Niyə çəkirsiniz? Adamaları narahat edirsiniz”, - deyə hirslənib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.