Vaqif Cavadov “Xəzər Lənkəran”ı “Qəbələ”yə dəyişdi
"Qəbələ" "transfer pəncərəsi"nin son günündə daha bir keçidi həll edib. Belə ki, klub "Xəzər Lənkəran"ın futbolçusu Vaqif Cavadovu mövsümün sonunadək icarəyə götürüb.
"Xəzər Lənkəran" tərəfi qaynar.info-ya bu xəbəri təsdiqləyib. Cənub klubundan bildirilib ki, "Qəbələ" tərəfi bu keçid üçün onlara müraciət edib. "Xəzər Lənkəran" isə Azərbaycan futbolunun inkişafı naminə öz futbolçusunun "Qəbələ"də icarə əsasında oynamasına razılıq verib.
Qeyd edək ki, "Xəzər Lənkəran" qoyulan transfer qadağasına görə Vaqif Cavadovu oynada bilmirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.