"Yuventus"dan ayrılacağı iddia olunan Pol Poqba klubdakı karyerası haqda önəmli açıqlamalar verib.
Fransalı futbolçu Turin təmsilçisindən ayrılmayacağını açıqlayıb:
"Yuventus"u sevirəm. Bu komanda üçün hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Başqa kluba transfer olunmaq niyyətim yoxdur".
Qeyd edək ki, "Çelsi" Poqbanın transferi üçün "Yuventus"a 100 milyon avro təklif edib. Fransa millisinin üzvü bu təklifi qəbul edəcəyi təqdirdə "Çelsi"də həftəsinə 415 min avro qazanacaqdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.