Bred Pitt oğlu ilə moto-yarışları izlədi - fotolar
Hollivud ulduzu Bred Pitt oğlu Noksla birlikdə “MotoGP British Grand Prix Race” yarışlarına qatılıb.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, moto-yarışları izləyən aktyor daha sonra oğlunun rahatlığı üçün ona qulaqcıqlar taxdırıb. Böyük Britaniyada baş tutan moto-yürüşdə iştirak edən idmançılar və izləyicilər Hollivud ulduzu ilə bol-bol selfi çəkdiriblər.
Bred Pitt onların istəyini yerə salmayaraq, yarışçılarla hətta söhbət də aparıb.
Qeyd edək ki, bir qədər əvvəl KİV-də Bredlə Ancelina Colinin Londonda yaşamaq qərarına gəldikləri barədə məlumatlar yayılmışdı. Cütlüyün oradan ev aldıqları da deyilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.