Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın son məhkəmə prosesi keçirildi. Müsavat başqanı Arif Hacılı da daxil, vətəndaş cəmiyyətinin üzvləri, xarici ölkə təşkilatları və səfirliklərinin nümayəndələri məhkəmədə iştirak edirdilər.
Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmədə X.İsmayıl son söz dedi:
“Saxtakarlığın ən ucuz variantlarından istifadə edərək mənə qarşı tikilən iş elə özü-özünün ifşası idi. Odur ki, vəkillərimin dediklərindən əlavə, bu məsələləri uzun-uzadı təsvir etməyəcəyəm. Onsuz da vergi müfəttişləri suallara cavab verərkən çox faktlar üzə çıxdı...
125-ci maddə barədə çox danışmayacağam. Ölkəni kasıblıq, kredit borcu, polis zorakılığı ucbatından intihar dalğası bürüdüyünü yazan və deyən tək mən deyildim. Şəxsi həyatıma burunlarını soxdular, sınmadım, şantaj etdilər, əyilmədim. İndi 15 il, lap 25 il həbslə də sınan deyiləm. Məni Elmar Hüseynov, Rafiq Tağı, yaxud Rasim Əliyevi susdurduqları kimi də susdura bilərdilər. Amma mən işimi ehtiyatlı tutmuşdum. Heç vaxt tək olmurdum. Buna görə Tural Mustafayevlə və istənilən başqa adamla münasibətlərimizin şahidləri çoxdur. Prokuror məhkəmədə tədqiq olunmayan SMS və facebook mesajlarına istinad etdi. Bəs həmin SMS və mesajlar ittihama yardımçı olacaqdısa, onları niyə məhkəmədə oxutmadılar, tədqiq etmədilər? Çünki tədqiq etsəydilər, Mustafayevin onlara bu səhifələri təqdim etmədiyi, bir hissəsinin kontekstdən çıxarıldığı, bir hissəsininsə uydurulduğu üzə çıxacaqdı. O da məlum olacaqdı ki, istintaqın iddia etdiyi kimi, Meydan TV-dən Tural Mustafayevi çıxarmayıblar. İşdən çıxmaq üçün ərizəni o özü 28 fevral 2014-cü ildə verib. Yəni prokurorluğun iddia etdiyi kimi, münasibətlərimizin kəsilməsindən sonra deyil, 9 martdan 12 gün əvvəl.
Dostlarım məni gözləyən həbs, həbsxana çətinlikləri barədə nə düşündüyümü soruşurlar. “Çətin deyil ki?”- deyə soruşurlar. Mübarizəyə köklənən adamlar çətinlikləri hiss etmirlər. Nazim Hikmət dediyi kimi: “Düşməsin bizimlə yola evində ağlayanların göz yaşlarını boynunda ağır bir zəncir kimi daşıyanlar”.
Mən burda yaxşı kampaniyadayam. Leyla xanımla, İntiqam bəylə, Anar Məmmədli, İlqar Məmmədov, Tofiq Yaqublu, Rəşadət Axundov, İlkin Rüstəmzadə, inancları və prinsipləri uğrunda həbs yatan dindarlar, hüquq müdafiəçiləri və jurnalistlərlə bir taleyi bölüşürəmsə, nə xoş mənə. Məndən nigaran olmayın.
Sonda istərdim işimizi yarımçıq qoymayan həmkarlarımıza, repressiyalara etiraz edən fəallara, beynəlxalq hüquq müdafiə qurumlarına, səfirlik əməkdaşlarına təşəkkürümü bildirim ki, dəstəklərini və diqqətlərini əskiltmirlər. Vəkillərim sağ olsunlar ki, bu aylar ərzində həm mənə, həm də mənə həbsxanada müraciət edən köməksiz insanlara təmənnasız yardımlarını əsirgəməyiblər.
Və nəhayət, Ramella xanım, sifariş verilən hökmü oxuduqdan sonra sizə də xoş istirahətlər arzulayıram. O gün olsun istirahətinizi vicdanınız ağrımadan, vicdanınızı susdurmadan keçirə biləsiniz. Ümid edirəm, imza atdığınız pisliklərin bumeranq effekti sizdən və yaxınlarınızdan yan keçər. Hərçənd enerjinin itməməsi qanunu bu ümidlərimə çox da yer qoymur"...
Təqsirləndirilən şəxsin çıxışının bu yerində hakimlər qəflətən çıxışı yarımçıq kəsərək, qərar qəbul etmək üçün müşavirəyə yolandılar. Sonda məlum oldu ki, hökmün elan olunması qeyri-müəyyən vaxta təxirə salınıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.