banner
banner

Şou

Hazal Kaya Aras Bulutla seriala çəkilir

Hazal Kaya Aras Bulutla seriala çəkilir

Türkiyəli aktrisa Hazal Kaya yeni seriala çəkilir.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "Maral" adlı serial Acun İlicalının rəhbərlik etdiyi TV8 telekanalında yayımlanacaq.

"Adını Feriha qoydum" serialıyla daha da məşhurlaşan Hazal Kayanın tərəf müqabili "Möhtəşəm Yüzil"in "Şahzadə Bəyazid"i Aras Bulut İynemli olacaq.

Sonuncu dəfə "A.Ş.K"da görünən Hazal layihənin vaxtından tez bitməsindən sonra heç bir serialda çəkilməmişdi.

2015-ci ilin martında yayımlanacağı gözlənilən "Maral"ın ssenaristi "Ezel" və "Uçurum" kimi məşhur serialların müəllifi Kərəm Derendir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.