Bir neçə magistral qaz kəmərində cari təmir işləri aparılacaq.
Cia.az məlumatına görə, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Türkan-1”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Ağdaş” və 'Ucar', Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, 'Quzanlı' və 'Qaradəmirçi', Astara magistral qaz kəmərləri sahəsinin “Əngəvul”, 'Yardımlı' və 'Göytəpə' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.