banner
banner

Hərbİ

Cəbhədə şiddətli atışma

Cəbhədə şiddətli atışma
Musavat.com xəbər verir ki, Tovuzun ermənilərlə həmsərhəd olan Əlibəyli kəndi düşmənin intensiv atəşinə məruzə qalıb. 
Kənd sakinləri müxbirimizə bildiriblər ki, şiddətli atışma hələ də davam edir. Düşmən avtomatik və iri çaplı  silahlardan istifadə edir. Azərbaycan ordusu düşmənə cavab verir.
Atəş məsafəsində olan sakinlər nisbətən təhlükəsiz məntəqələrdə atışmanın sakitləşməsini gözləyirlər. Ölən, ya da yaralananlar barədə məlumat yoxdur.
Ermənilərin bunca aqressivləşmələrinin səbəbi son günlər cəbhə xəttində verdikləri ağır itkilər ola bilər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.