banner
banner

Hərbİ

Yaralı qadınlarımıza görə qisas alacağıq: Müdafiə Nazirliyi

Yaralı qadınlarımıza görə qisas alacağıq:
Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin Azərbaycanın mülki şəxslərini atəşə tutmasına münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsi və nəticələrinə görə məsuliyyət tam olaraq Ermənistan hakimiyyətinin üzərinə düşür.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə qarşı adekvat tədbirlər görəcək və onun bu hərəkəti cavabsız qalmayacaq.
Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı xəbərlərə münasibət bildirən Müdafiə Nazirliyi bəyan edib ki, Silahlı Qüvvələrimiz düşmən tərəfinin yaşayış məntəqələrini, mülki obyektlərini, dinc əhalini heç vaxt atəşə tutmayıb və bu haqda yayılan məlumatlar yalandan başqa bir şey deyil.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.