Azərbaycan ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, gizir Ağayev Ruslan Qalib oğlu (1991) cəbhə xəttinin Qazax rayonu istiqamətində gedən atışmalar zamanı şəhid olub.
Cia.az xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb. Bildirilir ki, gizir düşmən snayperi tərəfindən vurulub. O, Lerik rayonundan hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, avqustun 31-dən sentyabrın 1-nə keçən Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində düşmən ordusu ilə şiddətli atışmaların olduğu haqda məlumatlar yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə düşmən ordusunun iki hərbçisi bu döyüşlərdə ağır yaralanıb. Onlardan birinin vəziyyəti kirtikdir. Ölənlər barədə məlumat verilmir.
Sayt yazır ki, Azərbaycan ordusunun daha bir hərbçisi, gizir Məmmədov Şəki hərbi hospitalında xəstəlikdən vəfat edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.