"Miss Globe Azərbaycan - 2015" gözəllik yarışmasına sənəd qəbulu davam edir.
"Azərbaycanın bütün bölgələrindən bu yarışmaya böyük maraq var. Biz ədalətli qərarla Azərbaycanı 90-cı "Miss Globe İnternational"da təmsil edəcək gözəlimizi seçəcəyik".
Bu sözləri Oxu.Az-a "Z Company 2007" şirkətinin prezidenti və "Miss Globe Azərbaycan" gözəllik yarışmasının direktoru Zamiq Yunisov deyib.
Onun sözlərinə görə, münsiflər heyətinin üzvləri artıq bəllidir. Tanınmış bəstəkar Gövhər Həsənzadə jüriyə rəhbərlik edəcək.
Qeyd edək ki, sənəd qəbulu noyabrın 28-də bitəcək. 29 noyabrda finala vəzsiqə qazanan 24 nəfər xanımın adı açıqlanacaq. Final yanvarın 10-u Bakının gözəl istirahət mərkəzlərinin birində keçiriləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.