Ermənilər Tovuz sakinini yaraladı - Cəbhədən son xəbər+Video
Ermənistan ordusu ötən gecə cəbhəboyu əraziləri iriçaplı silahlardan intensiv atəşə tutub. Düşmən ordusu xüsusən Tovuzun sərhəd kəndi olan Əlibəylini davamlı atəşə tutub.
Cia.az Region TV-yə istinadən xəbər verir ki, həmişə olduğu kimi bu dəfə də hədəfdə yaşayış evləri və dinc sakinlər olub. Kənd sakinlərindən xəsarət alan var. Telekanalın xüsusi çəkiliş qrupu sözügedən kənddə olub. Onu da deyək ki, atışma başlayandan bitənədək təmas xəttində vəziyyət tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olub.
Ermənistan ordusunun atdığı mərmi bu dəfə də dinc sakinə dəyib. 64 yaşlı Əlibəyli kənd sakini Tofiq Kazımov qarın nahiyəsindən iki güllə yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.