"Arsenal"ın futbolçusu Danni Uelbek dizindən əməliyyat olunub.
Cia.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ingiltərəli hücumçunun 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, D.Uelbek ötən mövsüm "Mançester Yunayted"dən 16 milyon funt sterlinqə "Arsenal"a transfer olunub. O, London klubunda oynadığı 34 matçda 8 qol vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.