banner
banner

Hərbİ

Tovuz atəşə tutuldu – Yaralılar var + Foto

Tovuz atəşə tutuldu –

Ermənistan Silahlı Qüvvələri yenidən Tovuz , rayonun cəbhəyanı kəndlərini atəşə tutmağa başlayıb. Atışma gecə yarıyadək davam edib. 

Cia.az anspress-ə istinadən xəbər verir ki, qarşı tərəfin iri çaplı silahlardan açdığı atəş nəticəsində Tovuz rayonun Əlibəyli kəndinin 2 sakini yaralanıb. Bunlar 87 yaşlı İsa Musayev və 83 Sehran Musayevadır.

Hər iki yaralı Mərkəzi Xəstəxanaya yerləşrilib. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta ağırdır. Kənd icra nümayəndəliyinin məlumata görə, Əlibəylidə 160-a yaxın evin dam örtüyü atışmadan zərər görüb.

Bu son 3 gündə qarşı tərəfin açdığı atəş nətilənən dinc sakinlərin yaralanmasına səbəb olan 3-cü faktır.

Ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və yandırıcı silahlardan cəbhəyanı bölgələri atəşə məruz qoyması nəticəsində Qazaxın Məzəm kənd sakini Nəsib Nəsibova məxsus fərdi yaşayış evi yanaraq, yararsız hala düşüb. Həmin gün Tovuzun Əlibəyli kəndində də qarşı tərəfin açdığı atəş nəticəsində 2 ev yanıb. Əlibəyli sakini 63 yaşlı Tofiq Kazımov isə yaralanıb. Yaralı Tovuz Mərkəzi Xəstəxanasındadır və müalicəsi davam edir.

Daha əvvəl isə Tərtərin Qapanlı kəndində toy çadırı Ermənistan Silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə üç üç nəfər yaralanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.