banner
banner

Gündəm

Türkiyə ingilis qəzetinin hədəfində...

Türkiyə ingilis qəzetinin hədəfində...
İkinci Dünya Müharibəsindən sonra  bəşəriyyət ən böyük qaçqın böhranını yaşayır.
Suriya müharibəsi ilə əlaqədar yaranan  böhrandan ən çox əziyyət çəkən Türkiyə olmasına baxmayaraq, qərb mediası  qardaş ölkəyə qarşı əsassız ittihamlarını davam etdirir. 
Xüsusilə  də  ingilis və alman mediası  öz ölkələrinin  suriyalı qaçqınlara  laqeyd yanaşmasına baxmayaraq,  2 milyon qaçqını qəbul etmiş  Türkiyəyə əsassız ittihamlar irəli sürürlər.
İngiltərənin  "Times" qəzeti Türkiyənin Suriyadan qaçan kürdləri "soyuq qarşıladığını" iddia edib. İŞİD-in  irəliləyişi qarşısında Kobanidən qaçan kürdlərə Türkiyədə şübhə ilə yanaşıldığı və bürokratik  maneələrlə qarşılaşdığını irəli  sürən qəzet, keçən ilin  sentyabr ayında  200 min kürdün Türkiyəyə keçdiyini xatırladır.
 
Qəzet iddia edir ki, Türkiyə  Suriyadan  gəlmiş  ərəb və türkmən qaçqınlara  yaxşı münasibət bəslədiyi halda, kürd qaçqınlara  qarşı  sərt münasibət sərgiləyir.
 
Türkiyənin qaçqınlar üçün göstərdiyi böyük səylərə dil uzadan  "Times", BMT-inin  türk hökumətini, Suriyadan qaçanlar üçün inşa etdiyi düşərgələr və onların problemlərinə həssas yanaşdığı üçün təriflədiyini, lakin  rəsmi Ankaranın kürdlərə münasibətdə aşağılayıcı mövqe göstərdiyini qeyd edib.
 
Xatırladaq ki, İngiltərənin "Times" qəzeti Türkiyəyə qarşı  sərt mövqeyi ilə seçilir. Qəzet  hər zaman guya  Türkiyədə  "kürd probleminin"  olmasını qabardır, PKK terrorçularını müdafiə edir və PKK-nın terror aktlarını  "kürd xalqının  azadlıq uğrunda savaşı" qiymətləndirir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.