banner
banner

Dünya

ABŞ vətəndaşlarını Türkiyəni tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını Türkiyəni tərk etməyə çağırıb
ABŞ rəhbərliyi Türkiyədə yaşayan amerikalı hərbi qulluqçuların və diplomatların yaxınlarını ölkədən çıxmağa çağırıb. 
Bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib. Qurum rəsmisi onların xərclərinin dövlət tərəfindən qarşılanacağını da bildirib.
Məlumata görə, xahiş “İncirlik” hərbi bazasında və Adanadakı konsulluq ərazisində yaşayan təxminən 900 ABŞ vətəndaşına addir.  
Ölkədən çıxmaq üçün əsas səbəb kimi İŞİD-ə qarşı əməliyyatların genişlənməsi və Türkiyənin ilk dəfə olaraq əməliyyatlara qoşulması göstərilir. 
“Bu addım ehtiyatlılıq səbəbilə atılır. Aydındır ki, bizim əməliyyatlardan sonra “İncirlik” bazasında çox şey dəyişib” - əlavə edib Kuk.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.