Peruda "Fatmagülün suçu ne" serialı məşhurluğun zirvəsindədir. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serial üçün yarışma keçirilib. Belə ki, 2 min nəfər adamdan seçilən iki qalib "Rahni" obrazını canlandıran Bülent Seyran ilə görüşmək üçün İstanbula gəlib.
Serialın rekord qırdığı Perunun tanınmış telekanalları isə aktyorla müsahibə hazırlayıblar. Keçirilən yarışmanın şərtlərinə görə bütün seriyaları əzbər bilən və istənilən səhnəni canlandıran 2 nəfər aktyorla görüşmək imkanı qazanıblar.
Qeyd edək ki, Beren Saatın baş rolda oynadığı "Fatmagülün suçu ne" serialında Bülent Seyran Fatmagülün qardaşını canlandırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.