Banan, xüsusilə uşaqların ən çox sevdiyi meyvədir. Onun faydalarından xəbərdar olduqdan sonra siz də bu meyvəni mətbəxinizdən əskik etməyəcəksiniz.
Arıqladır
Orta uzunluqda bir banan təxminən 110 kaloridir. 30 qram karbohidrat və 3 qram lif ehtiva edir. Tərkibində 23 qram nişasta var. Tez həzm edilmədiyi üçün tox saxlayır. Qeyd edək ki, kal, yəni yaşıl rəngli bananda daha çox nişasta olur. Həmin xüsusiyyətlərinə görə, bananı idmandan sonra, həmçinin qəlyanaltı zamanı yemək məsləhət görülür. Ancaq gündə bir dənədən artıq yemək tövsiyə olunmur.
Qoxusu iştahanı kəsir
Araşdırmalar göstərib ki, acan adam bananı iylədikdə iştahası yanır.
İdmançıların köməkçisi
Atletlərin çoxu öz performanslarını artırmaq üçün banandan istifadə edirlər. Məsələn, Yohan Bleyk gündə 16 ədəd banan yeyir.
Mütəxəssislər bildirirlər ki, 15 dəqiqədən bir yarım ədəd banan yemək karbohidratlı idman içkisi ilə eyni effekti verir.
C vitamini anbarı
Bir ədəd banan gündəlik C vitamini ehtiyacının 15 faizini ödəyir. Əzələlər, sümüklər və dəridəki kollagen üçün vacib bir antioksidant olan C vitamini damar sağlamlığı üçün də əhəmiyyətlidir.
B6 vitamini
Gündəlik B6 vitamini ehtiyacınızın 20 faizini bananla təmin edə bilərsiniz. Hüceyrələrin yenilənməsi üçün bu vitaminin rolu əvəzedilməzdir. B6 vitamini həm də orqanizmi infeksiyalardan qoruyur.
Təzyiqi aşağı salır
Yarım ədəd banan 422 mq kalium ehtiva edir. Bu isə o deməkdir ki, yüksək təzyiqdən əziyyət çəkənlər banandan faydalana bilərlər. Çünki kalium təzyiqin sabitləşməsinə kömək edir. Araşdırmalar göstərib ki, kaliumla zəngin qidalarla bəslənən insanlarda iflic və insult riski aşağı düşür.
Qeyd edək ki, yetkin bir insanın gündə 4.700 mq kaliuma ehtiyacı var.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.